Nə üçün bu virus “COVID-19” adlandırılır?
Nə üçün bu virus “COVID-19” adlandırılır?
Son illərdə “COVID-19” virusuna qədər dünyada bir çox virus yayılıb və onların heç biri bu qədər dəhşətli fəsadlarla müşayiət olunmayıb. Hazırda bu virusdan dünyanın, demək olar ki, bütün ölkələri əziyyət çəkir və onlar bununla bağlı ciddi mübarizə tərbirləri həyata keçirirlər. “COVID-19” koronavirus pandemiyası nədir və bu nə üçün “COVID-19” adlandırılır? İndiyə qədər bu virus elmə məlum olubmu? “COVID-19” virusu ilə bağlı yayılan dəqiqləşdirilmiş məlumatların hamısında bildirilir ki, indiyə qədər belə bir virus elmə məlum olmayıb. Son illər dünyada yayılan “Quş qripi”, “Donuz qripi”, “SARS” və “MERS” virusları ilə onun fərqləri var.
Sonradan Çin alimləri yeni koronavirus – “2019-nCoV” ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin ediblər. Virus kəskin tənəffüs sindromuna səbəb olan “SARS-CoV” virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomları başlamazdan əvvəl yoluxucu olur. “COVID-19” Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu abreviaturadır. Əvvəllər bu yeni virusun adını ÜST “Nobel-2019” koronavirus qoymuşdu, sonra isə dəyişib “COVID-19” qoydular. “COVID” sözünün etimologiyasına gəlincə, co-korona, v-virus, i-infeksis, d-dizis (Koronavirus infeksis dizis-19” - “Koronavirus yoluxucu xəstəliyi-2019”). Sözün mənası belədir. Bunun 3 forması var: “SARS” (severe acute respiratory syndrome), “MERS” (Middle East respiratory syndrome), “COVID-19”( COrona VIrus Disease 2019) . “COVID-19” sözünü bizim dilə çevirəndə isə o “Koronavirus yoluxucu xəstəliyi-2019” kimi anlaşılır.

