ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli…
Arxiv: bu məlumat paylaşım tarixinə aiddir.
ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. 7 gün 24 saat fəaliyyət göstərir.
Hər gün yüzlərlə xəstənin müraciət etdiyi laboratoriyada, müayinələrin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.
Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Xəstə üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin xəstəyə məxsus olan kodla markirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə endirir aradan qaldırır.
Analitik mərhələdə keyfiyyətə təsir edə biləcək amillər nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə kontrollar qoyulur.
İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə həkim-laborantın nəzarətindən, II mərhələ laboratoriya müdirinin və III mərhələ keyfiyyət menecerinin nəzarətindən keçir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr xəstəyə təqdim olunur.
