Tiroid vəzinin biopsiyası nədir?
Tiroid Vəzinin Biopsiyası Nədir?
Hazırda 50 yaş qrupuna daxil olan qadınların təxminən yarısında qalxanvari vəzin düyünləri aşkar olunur. Yaş artdıqca isə düyünlərin rast gəlmə tezliyi yüksəlir. Statistik məlumatlara əsasən düyünlərin yalnız 5-6 % bədxassəli ola bilər. Digərləri isə xoş xassəli olub xərçəngə çevrilmir. Endokrinoloqların qarşısında duran əsas məsələ qalxanvari vəzin düyünlərinin çıxarılması deyil, dəqiq müayinə nəticəsində düyünlərin xoş və ya bəd xassəli olmasını müəyyən etməkdir.
İncə İynəli Aspirasion Biopsiya (İİAB) qalxanvari vəz xərçənginin əsas diaqnostika metodudur. Qalxanvari vəzin punksiyası və sitaloji materialın sonrakı müayinəsi düyünün quruluşunu, tipini müəyyən etməyə imkan yaradır ki, bu da pasienti düzgün müalicə etmək ücün ən doğru olan taktikanı seçməkdə həkimə yol göstərir.
Qalxanvari vəzin düyünlərinin ölçüsünün 1sm-dən böyük olması biopsiyaya göstərişdir. 1 sm-dən kiçik düyünləri olan xəstələrə, əgər ailədə qalxanvari vəzin xərçəngi varsa və boyun nahiyyəsinə müalicə məqsədilə şüa alinmışsa, eyni zamanda USM zamanı bəd xassənin olmasına şübhə olan görüntü izlənərsə, USM həkimi biopsiyanın aparılmasını məsləhət verə bilər.
Əksər hallarda biopsiyanın aparılması ağrısızlaşdırma tələb etmir. Belə ki təcrübəli həkim 2-5 saniyə ərzində proseduranı yerinə yetirir.

