Kardiologiya

17.03.2020Sağlamlıq məqalələri

Yüksək təzyiq ölümə səbəb ola bilir, diqqətli olun

Yüksək təzyiq ölümə səbəb ola bilir, diqqətli olun!

Yer kürəsində milyonlarla insan yüksək təzyiqdən əziyyət çəkir. Yüksək təzyiq isə bəzi hallarda xəstələrdə heç bir əlamət vermir və qəfil artaraq ürəkdə və ya beyində damarların tutulmasına səbəb olur. Yüksək təziyiq ürəkdəki və beyindəki arteriya damarlarında əmələ gətirdiyi patoloji dəyişikliklər qəfil baş verən ölümün səbəbi sayılır. Kardioloqlar bu ölümü “sakit ölüm“ adlandırırlar və hər il bu ölüm səbəbindən milyonlarla insanın dünyasını dəyişdiyini qeyd edirlər.

Təəssüflər olsun ki, xəstə tənbəllik edir, həkimə getmir, normal müalicənin yerinə hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr qəbul edirlər. Bunun nəticəsində isə gecikmiş fəsadlarla xəstəxanaya düşürlər.

Əgər Sizdə aşağıda qeyd olunan 2 və ya 3 əlamət varsa o zaman təzyiqiniz mütləq nəzarət altında saxlanılmalıdır:

baş ağrıları

ürəkdöyünmə

təngnəfəslik

gözün qabağında qara nöqtələr( qarışqa gəzməsi)

görmənin qəfil pisləşməsi

qəfil tərləmələr

xroniki yorğunluq

üzdə şişkinliyin olması

huşun itməsi

təzyiqin qəfil yüklənməsi

Unutmayın ki, hipertoniya ömürlük xəstəlikdir. Sağlamlığınızı Gəncə Beynəlxalq Xəstəxanasıının peşəkar həkimlərinə etibar edə bilərsiz.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.