2015-ci ildən fəaliyyət göstərən Gəncə Beynəlxalq Xəstəxanasında 29 tibbi bölmə…
Arxiv: bu məlumat paylaşım tarixinə aiddir.
2015-ci ildən fəaliyyət göstərən Gəncə Beynəlxalq Xəstəxanasında 29 tibbi bölmə və 50-dən çox yerli və əcnəbi konsultant mütəxəssis həkim çalışır. Xəstəxanada dünya standartlarına uyğun tam təchiz edilmiş 5 əməliyyatxana (4 ümumi və 1 göz əməliyyatxanası) fəaliyyət göstərir. Həmçinin 11 çarpayıdan ibarət 2 reanimasiya bölməsi var.
Xəstəxananın laboratoriyası müasir standartlara cavab verən avtomat cihazlarla təchiz edilib. Analizlər tibb sahəsində öz sözünü demiş Amerikanın Becman şirkətinin cihazları vasitəsi ilə aparılır. Türkiyənin kubiden proqramına qoşulan xəstəxananın laboratoriya cihazları hər ay türk mütəxəsissləri tərəfindən yoxlanılır.
Angioqrafiya laboratoriyasında təcrübəli mütəxəssislər tərəfindən koronar və periferik angioqrafiya, beyin damarlarının KT angioqrafiyası, perkutan transluminal koronar angioplastika (stent), perkutan transluminal balon angioplastika prosedurları həyata keçirilir.
Radiologiya bölməsi ən son, beynəlxalq standartlara uyğun Almaniya istehsalı cihazlarla təmin edilmişdir. Radiologiya bölməsində Maqnit Rezonans Tomoqrafiyası (1,5 Tesla), Kompüter Tomoqrafiyası (KT), Mammoqrafiya, Ultrasəs müayinəsi (USM), Sümük Densitomeriyası, Hamiləliyin 4D fetal doppler müayinələri icra edilir.
Xəstəxanada 24 saat Təcili Tibbi yardım xidməti göstərilməkdədir. Xəstələrin daşınması və tibbi yardım alması üçün tam təchiz edilmiş 2 ambulans və 1 reanimobil daim hazır vəziyyətdədir.
Xəstəxanada check-up mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzdə xəstələrə ümumi və ya müəyyən orqanlar üzrə check-up müayinə xidmətləri təklif olunur.
Gəncə Beynəlxalq Xəstəxanasının üstünlüyü Qafqaz regionunda keyfiyyət və innovativlik cəhətindən bənzəri olmayan bir xəstəxana modelinə sahib olmasıdır.

