Aşağı ətrafların varikoz genişlənmiş damarlar xəstəliyi olan
Aşağı ətrafların varikoz genişlənmiş damarlar xəstəliyi olan pasiyentin müayinəsi çox vaxt tələb etmir. Xəstəliyin ilkin mərhələlərində dərinin səthində damar şəbəkələri aşkar edilə bilinir. Xəstəlik inkişaf etmiş mərhələdədirsə, ayaqların üzərindəki mavi rəngli düyünləri və genişlənmiş damarları görmək olar.
Doğru bir diaqnoz üçün instrumental tədqiqat metodu – Rəngli Doppler istifadə olunur. Qeyd edək ki, bu metod pasiyent üçün qeyri-invaziv və tamamilə ağrısızdır. Müayinə müddəti 10 - 15 dəqiqə olur.
Rəngli Doppler ultrasəsinin köməyi ilə damarların qapaq aparatının işləməsindəki qüsurların aşkar edilməsi və damarın diametrini ölçmək mümkündür. Rəngli Dopplerin tətbiqi ilə birlikdə artıq aşağı ətrafların varikoz damarların diaqnozunun qoyulması daha da asanlaşmışdır. Rəngli Doppler varikoz genişlənmiş damarların tədqiqinin müasir və əlverişli bir metodudur. Doplerlə damarların ölçülərini görmək olur, qanın axın istiqaməti müəyyənləşdirilir. Həmçinin qanın sürətini müəyyənləşdirməyə imkan verir. Məsələn, damarlarda daralma olduqda orada qanın sürəti dəyişir və bunun da tibbi əhəmiyyəti var. Çünki daralmadan öndə olan sürətlə sonrakı sürətin fərqini ölçəndə orada baş verən patologiyanın nə dərəcədə olduğunu göstərir. Dopler imkan verir ki, damar divarının qalınlığı müəyyən edilsin. İltihabi proseslər zamanı damarların divarı qalınlaşa bilir. Həmçinin trombları, onların nə qədər təhlükəli olduğunu doplerlə müəyyən etmək olur.


