Laboratoriya

27.11.2021Xidmət və avadanlıq

Bəzən sakit halda çəkilən (EKQ) yetərsiz olur

Bəzən sakit halda çəkilən (EKQ) yetərsiz olur. Bu zaman xəstəyə xususi yük verməklə yəni fiziki aktivliyini artırmaqla EKQ çəkilir. Bu üsul Tredmil Test və ya Stress Test adlanır.

ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur.

Stress Testi əzələsinin funksional pozğunluğunu, daim fiziki və emosional yüklənmiş rejimdə olan insanların ürəyinin profilaktikası üçün əvəzsizdir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur.

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə Kardioloq Stress Testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır. Test günü pasiyent ən azı 3 saat əvvəldən heç nə yeməməlidir, maye qəbulunu azaltmalı, test günü özü ilə qəbul etdiyi bütün dərman preparatlarını gətirməlidir.

Stress Testi zamanı pasiyent qaçış aparatında hərəkət edəcək, ona görə idman üslublu, rahat geyim geyinməlidir

Alınan nəticələr Həkim Kardioloqa gondərilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.