Böyrək Sancısı – sidik axınının qəflətən pozulması, ləyəndaxili
Böyrək Sancısı – sidik axınının qəflətən pozulması, ləyəndaxili təzyiqin yüksəlməsi nəticəsində baş verən kəskin ağrı tutmasıdır. Bel nahiyəsində yaranaraq, sidik axarı boyunca aşağıya doğru yayılan tutmaşəkilli güclü ağrılar, tezləşmiş sidik ifrazı, ürəkbulanma və qusma, psixomotor oyanma ilə xarakterizə olunur.
Böyrək sancısının yaranma səbəbləri
Böyrək sancısının səbəbləri
Sidiyin böyrək ləyənindən və ya sidik axarından axınına mane olan mexaniki maneələr.
Sidik axarının əyilməsi və ya burulması.
Sidik yollarının xaricdən sıxılması.
İltihabi xəstəliklər.
Damar patologiyaları.
Böyrəyin anadangəlmə anomaliyaları və s.
Böyrək sancısı termoprosedurlar, spazmolitik, analgetik, novokain blokadasının köməyilə aradan qaldırılır. Tutmanın səbəbini aydınlaşdırmaq üçün sidik analizi, venadaxili uroqrafiya, xromosistoskopiya, böyrəklərin USM, KT aparılır.
Sizi böyrək sancısı narahat edirsə, müayinə üçün Həkim Uroloq-Androloq Uzm. Dr. Zamin Həşimova müraciət edə bilərsiniz.
