Qastroenterologiya və hepatologiya

15.07.2021Sağlamlıq məqalələri

(ezofaqoqastroduodenoskopiya) – qida borusu, mədə və onikibarmaq

(ezofaqoqastroduodenoskopiya) – qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyətinin vizual şəkildə müayinəsi üsuludur. Müayinə elastik endoskoplar vasitəsilə yerinə yetirilir. Bu zaman ksenon lampasında işlənən işıqlandırıcı cihazdan istifadə olunur ki, buda özlüyündə selikli qişanın yanmaması üçün "soyuq" işıq istifadə edir.

Qastroskopiya təcili və planlı şəkildə həyata keçirilə bilər.

Qastroskopiyası aşağıdakı simptomlara görə həkim tərəfindən təyin edilir

  • Ürəkbulanma və qusma təzahürü;
  • Hər hansı bir yeməkdən sonra ürək yanması;
  • Yuxarı qarındakı kramplar;
  • qusma ilə qanaxma;
  • Şüur itkisi;
  • Qidanın boğazdan özofagusa keçməsi zamanı ağrı;
  • Anemiya, iştahsızlıq və ağırlıq;
  • Mədə-bağırsaq traktının digər orqanlarında iltihablı proseslər və s

Proses vaxtı lazım olarsa histopatoloqun müayinə etməsi üçün toxuma nümunəsi götürülə bilər. Bu proses 15 dəqiqə çəkir və bu zaman ağrı hiss edilmir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.