XəstəxanaXəstəxana

02.02.2021Tədbirlər və layihələr

“Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz olaraq qalır

“Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır.

Gəncə Beynalxalq Xəstəxanası hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral - Gənclər Günü münasibəti ilə millətin gələcəyinin, inkişafının təməl daşı olan gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edir!

Əlamətdar gün münasibəti ilə Gəncə Beynəlxalq Xəstəxanasının könüllüləri və 2 aylıq ödənişsiz Tibbi-Praktiki təcrübə proqramının stajorları fəaliyyətlərini uğurla başa vuraraq, Sertifikat və Təşəkkürnamələrlə təltif olundular.

Əziz gənclər, özəl gününüz mübarək!

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.