RadiologiyaRadiologiya

23.10.2021Xidmət və avadanlıq

Kompüter Tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir

Kompüter Tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını aşkarlamaq olur.

Radiologiya Mərkəzimizdə beynəlxalq standartlara cavab verən müasir KT aparatının köməyi ilə tez bir zaman ərzində, minimum şüalanma, keyfiyyətli və aydın görüntülər əldə etməklə aşağıdakı xidmətlər 7/24 saat ərzində aparılır:

Baş beyin KT

Boyun KT

Döş qəfəsi KT

Qarın boşluğu KT

Paranazal sinusların KT

Gicgah sümüyünün KT

Boyun - beyin damarlarının KT Angioqrafiyası

Aortanın KT Angioqrafiyası

Aşağı ətraf arteriyalarının KT Angioqrafiyası

Renal KT Angioqrafiya

Ağciyər damarlarının KT Angioqrafiyası

Koronar KT Angioqrafiya və s.

Müayinəyə hazirliq

Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.