RadiologiyaRadiologiya

22.01.2021Sağlamlıq məqalələri

Müayinə Dr. Şəhla Quliyeva tərəfindən aparılır Əvvəllər 3D rejimli USM

Müayinə Dr. Şəhla Quliyeva tərəfindən aparılır

Əvvəllər 3D rejimli USM qurğuları vasitəsi ilə edilən müayinələr zamanı ana bətnindəki körpələrin hərəkətləri gecikməli olaraq görüntüləndiyi halda, müasir dövrdə 4D rejimli USM qurğuları vasitəsi ilə körpənin qaşlarını çatması, gülməsi, əsnəməsi, barmaq əmməsi kimi hərəkətlərinin anlıq və sürətli bir şəkildə müşahidə edilməsi mümkündür.

Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilər. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.

4D Fetal Doppler vasitəsi ilə çəkiliş, ana qarınındakı körpənin 3 ölçülü görünüşünün fotoşəkil kadrları kimi eyni vaxtda göstərilib-yazılmasını təmin edir.

4D Fetal Doppler müayinəsi ilə körpədə (döldə) ola biləcək bu qüsurlar hamiləlik dövründə (ana bətnində) müəyyən edilə bilər:

Kəllə və kəllə daxili problemlər, beyin toxumasının inkişaf pozuntuları, beyin boşluqlarının genişlənməsi (məsələn: beynin hissələrində çatışmazlıq, başda maye toplanması və s.)

Üz və üzə aid qüsurlar (məsələn: göz boşluğunun olmaması, üzdəki çapıqlar, dodaq yarıqları və s.)

Onurğanın inkişaf pozuntuları (məsələn: beldə açıqlıq, sümüklərdə əyrilik və ya çatışmazlıq və s.)

Döş qəfəsi və qarın boşluqlarına aid qüsurlar (məsələn: daxili yırtıq, xarici yırtıq, ağciyər, qaraciyər problemləri, mədə, bağırsaqlara aid problemlər, böyrək və sidik kisəsinə aid problemlər və s.)

Əl və ayaqlardakı sümüklərin sayı və forma pozuntuları (qol və ayaq sümüklərində çatışmazlıq, əldə və ayaqda daxilə — xaricə doğru əyilmə və s.)

Körpənin içərisində olduğu amnion mayesinə və ciftə aid problemlər (dölyanı mayenin azalması və ya artması, ciftin anormal yerləşməsi və s.)

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.