Urologiya

14.06.2021Sağlamlıq məqalələri

SİSTİT – sidik kisəsinin iltihabi xəstəliyidir

SİSTİT – sidik kisəsinin iltihabi xəstəliyidir. Əhali arasında çox geniş yayılmış patologiyadır. Sidik kisəsinin selikli qişasının iltihabı nəticəsində onun funskiyası pozulur.

İstənilən yaş kateqoriyasında həm kişilərdə, həm də qadınlarda rast gəlinir. Əksərən residivləşən (geriyə qayıdan) formada təzahür edir.

Sistitin təsnifatı

Sistitin birincili və ikincili, kəskin və xroniki, infeksion və qeyri-infeksion formaları mövcuddur. Birincili sistit iltihabın ilkin olaraq, sidik kisəsində yaranması ilə xarakterizə edilir.

İkincili sistit isə sidik kisəsinin və ətraf orqanların digər xəstəlikləri fonunda inkişaf edir. Bu qrup patologiyalara prostat adenoması, sidik kanalında daralma, xərçəng, cinsi orqanların xroniki iltihabi xəstəlikləri, sidik kisəsində daş və s. aiddir.

Sistitin risk amilləri

  • Yaş (klimaks dövründə estrogenlərin səviyyəsinin azalması);
  • Az hərəkətlilik;
  • Sidik yollarında daş;
  • Sidik-cinsiyyət sisteminin xəstəlikləri;
  • Kateterin uzunmüddətli qoyulması (əməliyyatlardan sonra);
  • Şəkərli diabet;
  • Hamiləlik;

Sidik kanalının anormal yerləşməsi və s.

Sistit xəstəliyinin törədiciləri

Sistit iltihabi xəstəlikdir. Onun 1 deyil, bir neçə törədicisi ola bilər. Yəni bu xəstəliyin spesifik törədicisi yoxdur. İltihab yaradan hər hansı mikroorqanizm sistitin inkişafına təkan verə bilər. Onlara aşağıdakılar aiddir:

Qram-mənfi enterobakteriyalar

Bağırsaq çöpləri (95% hallarda)

Klebsiella

Qeyri-adi protey

Solğun treponema

Qram müsbət bakteriyalar

Saprofit stafilokokklar (20% hallarda)

B və D qrupu streptokokklar

Viruslar

Vərəm mikobakteriyası

Mikroskopik göbələklər

Sistitin diaqnostika və müalicəsi

Diaqnoz anemnez (xəstəlik tarixi haqqında məlumat toplama), ultrasəs müayinəsi, sidiyin ümumi analizi və bakteroloji əkilməsi ilə dəqiqləşdirilir. Müalicə sxemi sistitin törədicisindən asılıdır. Xəstəlik bakteriya tərəfindən törədildikdə, həmin mikroba həssas antibiotiklər təyin edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.