Qastroenterologiya və hepatologiya

11.01.2021Həkimlərimiz

Uşaqlar yad cisim udarsa, burada əsas önəmli olan yad cismin ölçüsü

Uşaqlar yad cisim udarsa, burada əsas önəmli olan yad cismin ölçüsü və konsistensiyasıdır. Yəni əşya plasmasdır, dəmirdir yaxud digərləri. Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, plasmas oyuncaqlar udurlar. Bunları uşağı zədələmədən çıxartmaq olur.

Bəzən valideynlər özlərini itirib, ya ilk tibbi yardımı bilmədən barmağını uşağın boğazına salır. Bu səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər.

Uşağı ağzı aşağı, ayaqlarını qarnına yığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yad cisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır.

Yad cisim nəfəs borusunda deyil, yemək borusundadırsa, ölçüsü əsasdır. Çünki mədəyə, bağırsağa keçərsə əsas problem ölçü ilə bağlı yaranacaq. Əgər buradakı darlıqlardan yad cisim keçməzsə, bu zaman uşaq tüpürcəyini uda bilmir, ürək bulanması, qusma halları olur. Bağırsağa keçən yad cisim kamera ilə axtarılıb tapılır. Bəzən cisim kamera girə bilmədiyi yerlərdə qala bilir. Belə olduqda açıq cərrahiyyə məcburi və həyati əhəmiyyət daşıyır.

Bəzən yad cismin çıxarılası üçün laparotomiya icra olunur. Əməliyyat zamanı yad cisim anusa doğru istiqamətləndirilir. ümumi anesteziya ilə həyata keçirilir.

Qastroenteroloq-Hepatoloq, Endoskopist Dr. Ülvi Maçanov

Qəbul günləri: I-III-V günlər

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.