Qastroenterologiya və hepatologiya

25.08.2022Tədbirlər və layihələr

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, İTSA-yi, TƏBİB-in, Milli Onkologiya Mərkəzinin, , Gəncə Beynəlxalq Xəstəxananın, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin və digər qurumların təşkilatçılığı ilə “I Gəncə Qastroenteroloji günləri” Beynəlxalq Tibbi Konfransı 19-21 Avqust tarixlərində keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Niyazi Bayramov və konfrans iştirakçıları açılışdan əvvəl konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra beynəlxaql tibbi konfrans öz işinə başlayıb.

“I Gəncə Qastroenteroloji günləri” Tibbi konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor əvəzi İlkin İsmayılov, Azərbaycan Endoskopik- Laparoskopik Cərrahlar Assosasiyasının sədri professor Müşviq Həsənov, Gəncə Beynəlxalq Xəstəxanasının “Qastroenterologiya və Hepatolologiya Mərkəzi”nin Müdiri Dr.Ülvi Maçanov və digər məruzəçi həkimlər çıxış etmiş, bölgənin 150 nəfərə qədər həkim heyyəti iştirak etmişdilər.

Konfransda yerli və xaricin mütəxəssislərin “Endoskopik submukozal disseksiyon”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər mövzularda məruzələri dinlənilib, əməliyyat blokundan canlı yayım izlənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “I Gəncə Qastroenteroloji günləri” Beynəlxalq Tibbi konfransın təşkilində göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” təqdim olunub.

2 gün davam edən “I Gəncə Qastroenteroloji günləri” Beynəlxalq Tibbi Konfransında təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən müzakirələr aparılıb, canlı təqdimatlar olunub.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.