Urologiya

12.03.2022Sağlamlıq məqalələri

nədir? Enurez xəstəliyi insanlar arasında gecə yerini istalmaq kimi

nədir?

Enurez xəstəliyi insanlar arasında gecə yerini istalmaq kimi tanınan xəstəliyə tibb dilində verilən addır. Bu şikayətlər dünya üzərində milyonlarla uşağın yaşadığı bir sağlamlıq problemidir. Əgər 5 yaşına çatmış bir uşaq gecələr yuxusunda yerini islatmağa davam edirsə, buna gecə altını islatma, yəni Enurez xəstəliyi deyilir. Lakin 5 yaşından aşağı uşaqlarda belə hallar tam olaraq bir xəstəlik kimi qəbul edilməməkdədir. Bunun da səbəbi həmin uşaqlarda sinir sisteminin formalaşmasının hələ tam şəkildə tamamlanmaması ilə bağlıdır.

⏬Enurezin simptomları

  • Uşağınız 5 yaşından böyükdürsə
  • Gündüz tualetə çata bilməyəcək şəkildə və səhər oyandığında sidik qaçırma
  • Sidik saxlamaqda çətinlik çəkmə
  • Günlük yaşamda normaldan artıq sidiyə çıxma istəyinin olması
  • Çətinliklə işəmə
  • Sidik yolları infeksiyasının mövcudluğu

Qəbizlik və ya qeyri-iradi nəcis ifrazı və s.

⏬Enurezin səbəbləri

  • Genetik hallar
  • Kiçik sidik kisəsi
  • Hormon balanssızlığı
  • Sidik yollarının infeksiyası
  • Diabet
  • Xroniki qəbizlik
  • Sidik yollarında və ya sinir sistemində problem

Psixolojik səbəblər və s.

Unutmayın ki, uşaqda Enurez probleminə məsuliyyətlə yanaşmaq lazımdır.

İlk öncə təcrübəli Həkimə müraciət edilməlidir, müalicədə uşaq, ailə və həkimin şüurlu və uyğun bir şəkildə işləməsi, uyğun müalicə və izlənməsi lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.