Mədə Nevrozu - dedikdə, mədənin diskinetik tipli funksional
Mədə Nevrozu - dedikdə, mədənin diskinetik tipli funksional dispepsiyası nəzərdə tutulur. Buna bəzən İrritabl bağırsaq sindromu () və ya digər yayılmış adı ilə Qıcıqlanmış Bağırsaq sindromu da deyilir.
Yaranma səbəbi nədir?
Müxtəlif faktorların bu xəstəliyin yaratma ehtimalı olduğunu vurğulasaq da konkret bilinən bir səbəbi yoxdur. Genetik meyillik, qida maddələrinə qarşı fərdi həssaslıq, bakterial ifrat çoxalma, sinir –psixoloji gərginliyin uzun müddət davam etməsi bu səbəblərdən bəziləridir.
⏬Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri nələrdir?
Qəbizlik
Diareya ( ishal, qarın açılması)
Qarın nahiyəsində “gəzən” ağrı və bu ağrılar əksər hallarda nəcis ifrazından sonra xeyli azalır
Ürəkbulanması
Qarında şişkinlik və köp
Nəcis ifrazının gün ərzində 3-4 dəfə olması və s.
Xəstəliyin əlamətləri xəstənin qəbul etdiyi qida maddəsindən, həmin qidanı nə vaxt yeməsindən, qadınlarda menustrasiya dövrünə görə eləcə də xəstənin psixoloji vəziyyətinə görə çox dəyişir. Məhz bu səbəbdən İBS xəstələrində şikayətlərinin hansı vəziyyətlərdə artıb – azaldığını yaxşı müşahidə etmək lazımdır.
Bu xəstəlikdən əziyyət çəkən insanların 60-70 % də paralel olaraq depressiya və ya digər nevrotik pozuntulardan (nevroz) biri rast gəlinir. Stress faktorunun artması özlüyündə mədə - bağırsaq əlamətlərinin daha da qabarmasına gətirib çıxarır.
Xəstəlik ümumi nevroz fonunda yarandığı üçün yanaşma kompleks olmalıdır. Nevroloq və qastroenteroloqun birgə yardımına ehtiyac vardır. Müalicədə əsas şərt həyat tərzini normallaşdırmaq, istirahət və qidalanmaya diqqət etməkdir.

