Nevrologiya

02.02.2023Sağlamlıq məqalələri

Nevroloq uzm. dr. elvin niftəliyev

Nevroloq Uzm. Dr. Elvin Niftəliyev.

EEQ – Elektroensefaloqrafiya zamanı saçlı dəriyə elektrodlar yerləşdirilir, sinir hüceyrələri tərəfindən həm oyanıqlıq, həm yuxu dövründə yaranan elektrik aktivliyi beyin dalğaları şəklində kağız üzərinə köçürülür.

Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir.

Elektroensefaloqrafiya – EEQ hansı hallarda çəkilir?

epilepsiyanın diaqnozu ve izlənməsində

yaşa uyğun beynin elektrik aktivliyinin dəyərləndirilməsində

beynin iltihabi xəstəliklərində (ensefalit)

bəzi yuxu və davranış pozulmalarında

bir sıra sinir sistemi xəstəliklərində

baş ağrılarının səbəbinin araşdırılmasında

beyin funksiyalarının dəyərləndirilməsində

EEQ tamamilə zərərsiz və şüasız bir müayinə üsuludur. Hər yaşda insana EEQ çəkilə bilər.

Yalnız EEQ müayinəsinin epileptik fəaliyyəti göstərməsi (epileptik tutma olmasa) epilepsiya diaqnozunun qoyulması üçün kifayət deyil.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.