oynaqların xroniki iltihabı, sidikturşulu duzların oynaqlarda
oynaqların xroniki iltihabı, sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir.
Podaqra istənilən oynaqları zədələyə bilər – barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda) inkişaf edir. Hipertoniya, şəkərli diabet kimi xəstəliklər, düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, irsiyyət bu xəstəliyin risk faktorları sayılır.
Podaqra kimdə yarana bilər?
Yaş faktoru (qadınlarda 50 yaşdan sonra, kişilərdə isə 40 yaşdan sonra yaranma riski artır).
Fiziki yüklənmələr.
Alkoqollu içkilərin həddən çox qəbulu.
Purin tərkibli qidaların uzun müddət çoxlu miqdarda qəbulu.
Böyrəklər vasitəsilə sidik turşusunun orqanizmdən ləng xaric olunması.
Hipotermiya və s.
Dərman preparatları ilə müalicə
- Ağrıkəsici preparatlar
- İltihabəleyhinə preparatlar
- Qlükokortikoid preparatlar
Sidik turşusunun orqanizmdə səviyyəsini normal saxlamaq üçün preparatlar.
Fizioterapetik müalicə
Son dövrlərdə podaqranın ilkin dövrlərində zərbədalğalı terapiya ilə müalicə mühüm yer tutur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də tofsları parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.
Birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir.Prosedurun müddətini həkim teyin edir,seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam ede bilər, kurs müalicə intervallarla 4-7 sans.

