Endokrinologiya

27.04.2023Sağlamlıq məqalələri

Qreyvs xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir

Qreyvs xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir. Qreyvs xəstələri immun sistemi sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Qreyvs xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.

Qreyvs xəstəliyinin əsas əlamətlərindən biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alır, amma əsas problem Qreyvs müalicəsiz qalır.

Qreyvs xəstəliyinin digər əlamətləri

  • Titrəmə (tremor);
  • Yuxu pozğunluğu;
  • İstiyə dözümsüzlük;
  • Tərləmə;
  • Yorğunluq və ümumi halsızlıq;
  • Ürək döyüntülərinin sayının artması;
  • Həyacan və əsəb gərginliyi;
  • İştahın artması və buna baxmayaraq bədən çəkisinin azalması;
  • Saç tökülməsi;

Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə cinsi istəyin azalması. Bəzi kişilərdə estrogen artışına bağlı ginekomastiya (süd vəzilərinin böyüməsi) yarana bilər.

Dİaqnoz necə qoyulur?

Sözsüz ki, diaqnozunu həkim-endokrinoloq təsdiqləməlidir. Bunun üçün qanda tiroid hormonlarını və hipofiz tərəfindən ifraz olunan TSH hormonunu yoxlamaq kifayətdir. Diaqnoz təsdiqlənəndən sonra toksiki zobun səbəbi araşdırılmalıdır (bunun üçün əlavə müayinələrə ehtiyac yarana bilər, misal üçün USM, qanda anti-TPO, anti-TQ, anti-rTSH baxılması, ssintiqrafiya və s.) və pasiyentə endokrinoloq tərəfindən adekvat müalicə sxemi tərtib olunmalıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.