Nevrologiya

10.07.2023Tədbirlər və layihələr

təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir

təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir. Xəstəliyin ən xarakterik təzahürü motor, duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan qıcolmalardır. Epileptik tutmaların tezliyi ildə bir dəfədən gündə bir neçə dəfəyə qədər dəyişə bilər.

Epilepsiyanın diaqnozu necə qoyulur?

Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkim Nevropatoloqa epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə imkan verir.

Epileptik tutma keçirən insana necə kömək edə bilərsiniz?

Xəstənin başının altına yumşaq bir şey qoyun və iti əşyaları başının yanından uzaqlaşdırın.

Qıcolma keçəndən sonra xəstəni yan üstə çevirin.

Xəstənin qarşısında diz üstə durun və bir qolunu dirsəkdən bükülü vəziyyətdə döşəməyə uzadın.

Biri qolunu çarpaz vəziyyətdə başının altına qoyun.

Xəstənin ayağını özünüzə tərəf çəkərək yavaşca çevirin, sonra xəstənin ayağını yarıbükülü vəziyyətdə döşəməyə qoyun.

Rahat nəfəs ala bilsin deyə xəstənin başını düz vəziyyətə gətirin.

Epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırın!

Xəstələrin 60%-də dərman müalicəsi ilə tutmalar nəzarətə alına bilinir.

Çalışın tanışınızda, yaxınınızda epilepsiyadan əziyyət çəkən varsa, bu barədə bilgili və tədbirli olun!

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.