Otorinolarinqologiya (LOR)

15.05.2023Sağlamlıq məqalələri

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Lakin qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur. Belə hallarda mütləq uşaq həkiminə müraciət edin!

⏬Burun qanamasını dayandırmaq üçün nə etməlisiniz?

Uşağı sakitləşdirin (və özünüz sakitləşin).

Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun. Heç vaxt burnu qanayan insanın başını geri atmaq olmaz!

Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.

Burun kökünə soyuq bir şey - dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun.

Ayaqlar, əksinə, isti olmalıdır.

Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu burun dəliyinə qoyun.

Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.