Ümumi cərrahiyyəÜmumi cərrahiyyə

16.03.2023Sağlamlıq məqalələri

Yırtıq qarın daxilindəki hər hansı bir orqanın ( əksər hallarda

Yırtıq qarın daxilindəki hər hansı bir orqanın ( əksər hallarda bağırsaqların) qarın divarından xaricə çıxmasıdır. Əllə müayinə etdikdə yırtıq nahiyyəsində yumşaq bir kütlə əlimizə gəlir. Uşaq cərrahiyyəsində yırtığın ən çox rast gəlinən forması qasıq yırtığıdır. Bətndaxili inkişaf dövründə oğlanlarda xayalar,qızlarda isə yumurtalıqlar böyrəklərin yanında formalaşır. Uşaq böyüdükcə xaya yaxud yumurtalıqlar qasıq bölgəsinə doğru miqrasiya edir. Xayalar qasıq kanalından keçərək xayalıq kisəsinə enir. Qızlarda isə qasıq kanalından uşaqlığın girdə bağı-uşaqlığı saxlayan bağ keçir. Bu zaman xayalar özləri ilə birlikdə periton deyilən qarnı daxildən örtən zardan ibarət bir kisəni də xayalığa doğru aparır. Bu kisə sonradan bağlanılır. Bağlanmadığı hallarda isə qasıq yırtığına səbəb olur. Belə ki, qarın daxili orqanlar bu kisənin mənfəzi ilə qarın boşluğundan xaricə, qasıq kanalına, xayalıq kisəsinə enir. Bəzi hallarda isə kisənin mənfəzi yalnız qarın daxili mayenin keçə biləcəyi qədər dar olur. Bu zaman qarın daxili maye xayalığa qədər axaraq hidroseleyə-xaya ətrafında mayenin olmasına səbəb olur. Hər doğulan 100 uşaqdan ikisində qasıq yırtığı rastlanır ki, bunların da 80%i oğlan uşaqlarıdır. Sağ yaxud sol tərəfli, 10% halda isə iki tərəfli olur.

Fəsadları – əsas fəsadı yırtıq möhtəviyyatını təşkil edən orqanın boğulmasıdır. Belə ki, boğulmuş yırtıqlarda möhtəviyyatı təşkil edən orqanı ( bağırsaqlar, yumurtalıqlar və s.) əllə geriyə, qarın boşluğuna qaytarmaq mümkün olmur. Vaxtında müdaxilə etmədikdə boğulmuş orqanda qan dövranının pozulması nəticəsində nekrotik dəyişkənlikər-orqanın çürüməsi başlayır.

Qasıq yırtığının müalicəsi cərrahi yolladır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.