Ümumi cərrahiyyəÜmumi cərrahiyyə

13.03.2024Xidmət və avadanlıq

Elektromioqrafiya - əzələlərin bioelektrik aktivliyini müəyyən edən

Elektromioqrafiya - əzələlərin bioelektrik aktivliyini müəyyən edən diaqnostika üsuludur.

Elektromioqrafiya əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyətini göstərir.

Elektromiograf adlı aparatla aparılan müayinə əzələ və periferik sinirlərin zədələnmə dərəcəsini, yerləşməsini, ağırlığını müəyyən edir. Aparat əzələlərin biopotensiallarını qeyd edir.

Elektromioqrafiya vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümküdür

  • Əzələ distrofiyası və ya polimiozit
  • Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)

Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər

Sinirə təsir edən disk yırtıqları və s.

EMG təhlükəsiz prosedurdur. Müayinə həm stasionar həm ambulator şəraitdə aparıla bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.