Qastroenterologiya və hepatologiya

27.05.2024Sağlamlıq məqalələri

Qeyri cərrahi yolla artıq çəkidən azad olmaq metodu olan - Mədədaxili

Qeyri cərrahi yolla artıq çəkidən azad olmaq metodu olan - Mədədaxili balon bədən kütlə indeksi 27 və üzərində olan,10 ilə 30 kilo aralığında kilo verməsi lazım olan insanlar üçün istifadə olunan bir üsuldur.

Mədə balonu 18-70 yaş arası uyğun olan hər kəsə yerləşdirilə bilər.

Mədə balonu endoskopun yardımı ilə 10-15 dəqiqə ərzində qoyulur. Mədə balonu qoyulduqdan sonra aktiv həyata və işinizə davam edə bilərsiz. Mədə balonu 6 aydan sonra çıxarılır

Mədə balonu kim üçün istifadə olunmalıdır?

18 və 70 yaş arası uyğun olan insanlar

27+ bədən kütlə indeksi olanlar

Mədə əməliyyatı prosedurlarını istəməyənlər və ya qısa müddətdə müəyyən bir kilo vermək istəyənlər üçün arıqlama üsulu kimi istifadə edilə bilər.

Kimlərə Mədə Balonu olmaz?

Ağız və boğaz nahiyəsində dar anatomiya

Keçirilmiş mədə cərrahiyəsi

Mədədə kütlə

Böyük özofagus yırtığı (>4 sm)

Axalaziya

Hədsiz alkoqol qəbul edənlər

Anemiya

Stabil olmayan Tiroid xəstəliyi

Qaraciyər sirrozu

Hamiləlik və südvermə

Anamnezdə müalicə olunmamış koronar arteriya xəstəliyi və ya dekompensasiya olunmuş ürək çatışmazlığı olanlar və s.

Mədə balonu yerləşdirməzdən öncə uyğunluq testindən keçmək məqsədi ilə həkimlə məsləhətləşmək vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.