Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə 30 noyabr tarixində “Gəncə Sağlamlıq Günləri” çərçivəsində “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli, Gəncə Beynəlxalq Xəstəxananın rəhbəri Gülnar Paşayeva, Milli Məclisin Əmək və sosial siyasəti üzrə komitənin sədri Musa Quliyev, Gəncə Şəhər İcra hakimiyyətinin birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Yeni Azərbaycan Partiyasının sədri Bayram Aslanov iştirak ediblər.
Tədbirə ümumilikdə 1000 nəfərə yaxın həkim iştirak edib. Konfransa 4 kurs, həmçinin EKQ, EXO-KQ, EVAR, TEVAR kursları və 4 oturumdan ibarət olan tədbirə 16 bölgədən, o cümlədən Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağdaş, Qazax, Daşkəsən, Tərtər, Ağstafa, Tovuz, Naftalan, Şəki, Xocalı şəhər və rayonlarından həkimlər qatılıb.
İlk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, konfransın sədri Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri, professor, konfrans sədri Hikmət İbrahimli, Milli Məclisin Əmək və sosial siyasəti üzrə komitənin sədri Musa Quliyev və digər natiqlər qonaqları salamlayaraq, uğurlar arzu ediblər. Bildirilib ki, “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələrinin üzvləri üçün həyata keçirilən tibbi sosial aksiya, bölgə üzrə baş tutan ən böyük konfrans kimi son nailiyyətləri bölüşməyə və vətəndaşların sağlamlığını qorumağa imkan yaradacaq.
Elmi konfrans 36 DTT balı ilə qiymətləndirilib.

