Uşaqlarda epilepsiya - mərkəzi sinir sistemini zədələyən uzun müddət
Uşaqlarda epilepsiya - mərkəzi sinir sistemini zədələyən uzun müddət davam edən xroniki nevroloji xəstəlikdir. Huşun itirilməsi, hərəkət pozğunluqları və digər xoşagəlməz simptomlar kimi özünü göstərir. Uşaq nevroloqu, bir sıra digər mütəxəssislərin iştirakı ilə uşaqlarda epilepsiya səbəblərini axtarmaq, simptomları qiymətləndirmək və optimal müalicəni seçməklə məşğul olurlar.
Statistikalar göstərir ki, müxtəlif yaşlarda olan uşaqların, o cümlədən yeniyetmələrin 1-5%-nə epilepsiya bu və ya digər forması diaqnozu qoyulur, bundan əlavə, demək olar ki, hər ikinci yetkin xəstə xəstəliyin ilk əlamətləri ilə uşaqlıqda qarşılaşdıqlarını qeyd edir.
Epilepsiyanı təyin etmək və düzgün müalicə üçün EEG- elektroensefaloqrafiya müayinəsi olunmalı və tutmanın semiotikası nevroloq tərəfindən təyin edilməlidir.
Vaxtında aparılan epilepsiyaəleyhi terapiya ağırlaşmaların qarşısını alır.

