Daxili xəstəliklərDaxili xəstəliklər

04.12.2025Tədbirlər və layihələr

Bu gün – 1 Dekabr, Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə

Bu gün – 1 Dekabr, Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə, Gəncə Beynəlxalq Xəstəxanası və ASAN Xidmətin birgə təşkilatçılığı ilə gənclər üçün maarifləndirici təlim keçirilmişdir.

Təlimdə iştirak edən həkimlər

  • Terapevt, Daxili Xəstəliklər üzrə Uzman – Dr. Amil Rəhimli
  • Mövzu: HİV/QİÇS haqqında əsas məlumatlar, risk faktorları və müasir müalicə imkanları
  • Qastroenteroloq-Hepatoloq, Endoskopist – Dr. Ülvi Maçanov

Mövzu: HİV-in orqanizmə təsiri, immun sisteminin zəifləməsi və düzgün müayinə–nəzarətin vacibliyi

Uroloq-Androloq – Uzm. Dr. Zəmin Həşimov

Mövzu: Cinsi yolla keçən infeksiyalardan qorunma və reproduktiv sağlamlıq

Mama-Ginekoloq – Dr. Fəridə Əsədova

Mövzu: Qadın sağlamlığı, HİV-in ana və uşaq sağlamlığına təsiri və risklərin qarşısının alınması

Təlimin əsas məqsədi - gənclər arasında məlumatlılığı artırmaq, sağlam davranışları təşviq etmək və QİÇS-ə qarşı maarifləndirməni gücləndirməkdir.

Sağlam gələcək - düzgün məlumatdan başlayır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.