RadiologiyaRadiologiya

14.08.2025Sağlamlıq məqalələri

Neyrosonoqrafiya 1 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin

Neyrosonoqrafiya 1 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinəsidir. Əgər körpənizə bas-beyin USM(neyrosonoqragiya) təyin edilibsə, sizde sual yarana bilər: Bu körpə üçün ziyanlı ola bilər?

Ultrases dalgalari yuksek tezlikli mexaniki dalgalardir ve hec bir šualanma olmadigina gore pasiyent ucun elecede körpe ucun tam tehlukesizdir

Neyrosonoqrafiya keçən əsrin 60-cı illərindən tətbiq olunan bu müayinə sinir sistemi haqqında məlumat almaq üçün istifadə olunan qeyri invaziv və informativ müayinələrdəndir. Neyrosonoqrafiya xüsusi datçiklər vasitəsilə akustik pəncərələrdən(əmgəkdən) aparılan bu müayinə baş beyindəki bir çox strukturlar barəsində bizə məlumat verir.

Neyrosonoqrafiya müayinə vasitəsilə beyindəki anadangəlmə qüsurlar, hidrosefaliya, kəllədaxili təzyiq, kəllədaxili qansızmalar, beynin hipoksik-işemik zədələnmələri və s. kimi patalogiyalar haqqında məlumat almaq mümkündür. Ən mühüm üstünlüklərdən biri də odur ki, bu müayinə yenidoğulmuş uşaqlara da heç bir şüalanma qorxusu olmadan aparılır.

Bu müayinəni klinikamızda yüksək ixtisaslaşmış həkim radioloqlar Dr. Aytac Rəhimova və Dr.Anar Mustafayev tərəfindən aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.