Təcili tibbi yardımTəcili tibbi yardım

17.07.2025Sağlamlıq məqalələri

Son günlər havanın həddindən artıq isti keçməsi bəzi insanların

Son günlər havanın həddindən artıq isti keçməsi bəzi insanların səhhətində problemlərə səbəb olur. Həmçinin isti yay günlərində günvurma halları da tez-tez müşahidə olunan narahatlıqlardan biridir.

Günvurma və istivurma bədənin termorequlyasiyasının pozulması nəticəsində baş verən, təcili tibbi yardım tələb edən həyati təhlükəli vəziyyətdir.

Bu hal daha çox insanların isti yay aylarında birbaşa və uzun müddət günəş şüalarının altında qalmaları və günəş şüalarının birbaşa başa təsiri nəticəsində yaranır.

Günvurmanın əlamətlərindən günvurma zamanı əsasən baş ağrısı, baş gicəllənməsi, ümumi halsızlıq, zəiflik, süstlük, əzələ krampları, spazmlar, bəzən isə ürəkbulanma və qusma kimi simptomlar meydana çıxır.

Bundan əlavə vəziyyət orta və ağır dərəcədə olduqda bədən hərarəti 38.5°C-yə, bəzən isə 40–41°C-yə qədər yüksəlir. Orqanizmdə su-duz mübadiləsinin pozulması və elektrolit itkisi nəticəsində metabolik pozğunluqlar baş verir ki, bu zaman epileptik qıcolmalar, huşun itməsi və tənəffüs dayanması kimi həyati təhlükəli hallar da müşahidə oluna bilər.

Bu səbəbdən insanlara tövsiyəmiz odur ki, günəş vannalarını adətən səhər saat 12-yə qədər qəbul etsinlər. Dənizə isə səhər saat 12-yə qədər və ya axşam saat 18:00-dan sonra getmək məsləhətdir. Bu, günəş şüalarından müəyyən dərəcədə qorunmağa imkan verir. Əgər açıq havada işləmək məcburiyyəti varsa, mütləq şəkildə açıq rəngli pambıq geyimlərdən istifadə olunmalı və baş örtüyü taxılmalıdır. Əks halda bu durum daha da ağırlaşa bilər.

Həmçinin gündə ən azı iki litrdən çox su içilməli və bu, susuzluq hissi yaranmadan həyata keçirilməlidir. Su-duz mübadiləsini tənzimləmək üçün mineral sulardan istifadə etməyi tövsiyə edilir.

İsti yay aylarında, xüsusilə açıq havada olarkən spirtli içkilərin qətiyyən qəbul edilməməlidir.

Günvurma və istivurma ilə qarşılaşdığımız hallarda zərərçəkmiş şəxsi dərhal kölgəyə keçirmək, bədənini açmaq, soyuq su ilə nəmləndirmək, qoltuqaltılara buz qoymaq, əgər huşu yerindədirsə, ona su içirtmək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.