Nevrologiya

09.09.2026Həkimlərimiz

EEQ nədir və nə üçün aparılır?

EEQ nədir və nə üçün aparılır?

Elektroensefaloqrafiya (EEQ) beynin bioelektrik fəaliyyətini qeydə alan və qiymətləndirən, qeyri-invaziv və ağrısız müayinə üsuludur. Müayinə zamanı baş dərisinə yerləşdirilən xüsusi elektrodlar vasitəsilə beynin elektrik aktivliyi qeyd olunur.

EEQ müayinəsi xüsusilə epileptik tutmaların və şüur dəyişikliklərinin qiymətləndirilməsi, epilepsiyaya şübhə olduqda, bəzi yuxu pozuntularının araşdırılması və müxtəlif nevroloji vəziyyətlərin diaqnostik qiymətləndirilməsində mühüm rol oynayır.

EEQ zamanı nə qiymətləndirilir?

Beynin bioelektrik fəaliyyəti

Epileptiform aktivliyin olub-olmaması

Beyin fəaliyyətində müəyyən dəyişikliklər

Klinik şikayətlərin səbəbinin araşdırılmasına kömək edən elektrofizioloji göstəricilər

EEQ nəticəsi təkbaşına diaqnoz qoymaq üçün kifayət etmir. Nəticələr pasiyentin şikayətləri, nevroloji müayinəsi və digər müayinələrin nəticələri ilə birlikdə həkim tərəfindən qiymətləndirilir.

Əgər sizdə təkrarlanan tutmalar, huşun itirilməsi və ya şüurda dəyişikliklər, səbəbi bilinməyən qeyri-iradi hərəkətlər, yaddaş və diqqət pozuntuları, yuxu problemləri və ya digər nevroloji şikayətlər müşahidə olunursa, nevroloq müayinəsinə müraciət edə bilərsiniz.

Vaxtında aparılan düzgün nevroloji qiymətləndirmə diaqnostik yanaşmanın mühüm mərhələsidir.

Nevropatoloq Uzm. Dr. Elvin Niftəliyev

Həkimin qəbulu

  • Həftə içi 6 gün | 09:00–15:00

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.