Elektromiografiya (EMG) müayinəsi, əzələ və sinir sisteminin
Elektromiografiya (EMG) müayinəsi, əzələ və sinir sisteminin fəaliyyətini dəqiq ölçməyə imkan verən qabaqcıl diaqnostik üsuldur. Bu müayinə, əzələ zəifliyi, yorğunluq, keylik, əzələ spazmları, sinir ötürücülük problemləri, nevroloji xəstəliklər (məsələn, radikulopatiya, polinevropatiya, miyopatiyalar) və digər sinir-əzələ patologiyalarının diaqnozunda mühüm rol oynayır.
Gəncə Beynəlxalq Xəstəxanasında peşəkar nevroloqlar və təcrübəli həkimlər tərəfindən aparılan EMG müayinəsi ilə siz:
Əzələ zəifliyi və yorğunluq səbəblərini dəqiq müəyyən edə bilərsiniz
Sinir ötürücülük problemlərini, sinir sıxılmalarını və sinir zədələnmələrini diaqnoz edə bilərsiniz
Nevrologik və əzələ xəstəliklərinin erkən mərhələdə aşkarlanmasını təmin edə bilərsiniz
Müalicə planınızı daha dəqiq və individual şəkildə tərtib edə bilərsiniz
Müayinə minimal invazivdir, təhlükəsiz və nəticələri yüksək dəqiqliklə təmin edir. EMG vasitəsilə əldə olunan məlumatlar həkimlərə xəstəliyin növünü, dərəcəsini və müalicə metodunu ən optimal şəkildə seçməyə imkan verir.
Sağlamlığınızı peşəkar əllərə həvalə edin!

