Ginekologiya

04.07.2026Xidmət və avadanlıq

Histeroskopiya uşaqlıq yolu vasitəsilə daxil edilən xüsusi optik

Histeroskopiya uşaqlıq yolu vasitəsilə daxil edilən xüsusi optik cihaz (histeroskop) vasitəsilə uşaqlıq boşluğunun birbaşa görüntülənməsinə imkan verən müasir endoskopik diaqnostik və cərrahi üsuldur. Bu metod uşaqlıq boşluğunda mövcud olan patologiyaların yüksək dəqiqliklə qiymətləndirilməsinə və zərurət olduqda eyni prosedur zamanı minimal invaziv üsulla müalicəsinə imkan yaradır.

Histeroskopiya aşağıdakı hallarda diaqnostik və müalicəvi məqsədlə tətbiq olunur:

  • Anormal uşaqlıq qanaxmalarının səbəblərinin araşdırılması
  • Sonsuzluğun qiymətləndirilməsi
  • Təkrarlanan düşüklərin səbəblərinin müəyyən edilməsi
  • Endometrial poliplərin aşkarlanması və çıxarılması
  • Submukoz miomaların diaqnostikası və müalicəsi
  • Uşaqlıqdaxili bitişmələrin (sinekiyaların) aradan qaldırılması

Anadangəlmə uşaqlıq qüsurlarının (məsələn, uşaqlıqdaxili arakəsmənin) diaqnostikası və cərrahi korreksiyası

Menopauza dövründə yaranan qanaxmaların səbəblərinin qiymətləndirilməsi

Prosedur adətən 15–30 dəqiqə davam edir və icra olunacaq müdaxilədən asılı olaraq sedasiya və ya qısa müddətli ümumi anesteziya altında həyata keçirilir. Kəsik aparılmadan icra olunması, qısa bərpa müddəti və bir çox hallarda diaqnostika ilə müalicənin eyni prosedur zamanı aparılması histeroskopiyanın əsas üstünlüklərindəndir.

Gəncə Beynəlxalq Xəstəxanasında histeroskopiya təcrübəli ginekoloqlar tərəfindən müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanada, beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə icra edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.