Endokrinologiya

09.07.2026Sağlamlıq məqalələri

Qalxanabənzər vəzi düyünlərinin (zobun) qiymətləndirilməsində İncə

Qalxanabənzər vəzi düyünlərinin (zobun) qiymətləndirilməsində İncə İynə Aspirasiya Biopsiyası (İİAB) ən etibarlı diaqnostik üsullardan biridir. Bu prosedur düyünün xoşxassəli və ya bədxassəli olma ehtimalını müəyyən etməyə kömək edir və sonrakı müalicə taktikasının seçilməsində mühüm rol oynayır.

İİAB nə üçün aparılır?

Tiroid düyününün hüceyrə tərkibini qiymətləndirmək;

︎ Tiroid xərçəngi ehtimalını dəqiqləşdirmək;

Lazımsız cərrahi müdaxilələrin qarşısını almaq;

Müalicə və ya izləmə taktikasını düzgün müəyyənləşdirmək.

Biopsiya necə aparılır?

Prosedur ultrasəs nəzarəti altında nazik iynə vasitəsilə həyata keçirilir. Götürülən hüceyrə nümunəsi sitoloji müayinəyə göndərilir və nəticələr əsasında düyünün xarakteri qiymətləndirilir. Prosedur adətən bir neçə dəqiqə çəkir və əksər pasiyentlər tərəfindən rahatlıqla keçirilir.

Bilməyiniz vacibdir

Biopsiya müalicə üsulu deyil, diaqnostik prosedurdur.

Tiroid biopsiyası düyünün və ya xərçəng hüceyrələrinin yayılmasına səbəb olmur.

Bütün qalxanabənzər vəzi düyünləri əməliyyat tələb etmir. Bir çox hallarda yalnız mütəmadi həkim nəzarəti kifayət edir.

Unutmayın: Hər qalxanabənzər vəzi düyünü biopsiya tələb etmir. Biopsiyanın zəruriliyi klinik müayinə, ultrasəs nəticələri və beynəlxalq diaqnostik meyarlar əsasında endokrinoloq tərəfindən müəyyən edilir. Dəqiq diaqnozun vaxtında qoyulması həm lazımsız cərrahi müdaxilələrin qarşısını almağa, həm də ehtiyac olduqda müalicəyə erkən başlanmasına imkan yaradır. Buna görə də qalxanabənzər vəzdə düyün aşkarlandıqda mütləq endokrinoloq müayinəsindən keçmək tövsiyə olunur.

Endokrinoloq Dr. Şəhla Verdiyeva

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.