Qastroenterologiya və hepatologiya

02.11.2026Tədbirlər və layihələr

Qastroenteroloq-hepatoloq, endoskopist həkimi Dr. Ülvi Maçanov 30–31

Qastroenteroloq-hepatoloq, endoskopist həkimi Dr. Ülvi Maçanov 30–31 oktyabr 2026-cı il tarixlərində Yunanıstanın Afina şəhərində keçirilən EUS DAYS 2026 – Athens Confluence beynəlxalq elmi-praktik tədbirində iştirak edib.

Tədbir çərçivəsində həkim endoskopik ultrasonoqrafiya (EUS) üzrə beynəlxalq təlim proqramına qatılıb. Böyük Britaniyanın Portsmouth Hospitals University NHS Trust tibb müəssisəsində EUS üzrə klinik rəhbər vəzifəsində çalışan Dr. James Callaghanın rəhbərliyi ilə təşkil olunan Hands-on Training məşğələlərində praktiki tətbiq texnikaları üzrə bilik və bacarıqlarını təkmilləşdirib.

Beynəlxalq təlimdə iştirak həkimin peşəkar bilik və təcrübəsinin artırılması, müasir diaqnostik yanaşmaların mənimsənilməsi və əldə olunan təcrübənin klinik praktikada tətbiqi baxımından əhəmiyyətlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.