TORAKAL CƏRRAH UZM.DR.ŞÜKÜR MUSAYEV Həkimin qəbulu: Həftə içi 6 gün
Torakal Cərrah Uzm.dr.şükür Musayev
Həkimin qəbulu
Həftə içi 6 gün, saat 09:00-dan 16:00-a qədər.
Torakal cərrah tərəfindən icra olunan əməliyyatlar və aparılan müalicələr
- Videotorakoskopik (VATS, qapalı) və açıq döş qəfəsi əməliyyatları
Ağciyərin xoş və bədxassəli törəmələri, ağciyər düyünlərinin diaqnostikası və cərrahi müalicəsi
Xoş və bədxassəli plevral effuziyalar, pnevmotoraks və hemotoraksın (ağciyər ətrafında maye, hava və qan toplanması) müalicəsi
Döş qəfəsinin çəkməçi, göyərçin və qarışıq tip deformasiyalarının minimal invaziv üsullarla korreksiyası (pektus ekskavatum və karinatum)
Birincili fokal hiperhidrozun (əl və qoltuqaltı tərləmə) cərrahi müalicəsi (simpatektomiya)
Bronxektaziyanın cərrahi müalicəsi
Xroniki Obstruktiv Ağciyər Xəstəliyində (XOAX) həcim kiçildici cərrahiyyə
Miasteniya Qravis xəstəliyi və timus vəzisi törəmələrinin cərrahi müalicəsi
Ağciyərin exinokok və digər kistalarının cərrahi müalicəsi
Mediastinotomiya (Chamberlain proseduru) və mediastinal biopsiyalar
Döş qəfəsi divarı və mediastinumun xoş və bədxassəli törəmələrinin, infeksion xəstəliklərinin cərrahi müalicəsi
Plevra törəmələrinin cərrahi müalicəsi
Bronxoplevral fistulaların və plevral infeksiyaların cərrahi müalicəsi
Mediastinal patoloji limfa düyünlərinin biopsiyası
Döş qəfəsinin küt və dəlici-kəsici travmaları
Qabırğa və döş sümüyü sınıqlarının müalicəsi
Diafraqmanın elevasiyası (yüksəlməsi) və yırtıqlarının cərrahi müalicəsi
Traxeya darlıqlarının bronxoskopik, cərrahi müalicəsi və s.

