22.06.2024
Mədə balonu nədir? Kimə tətbiq edilir? Arıqlamaq istəyənlərin nəzərinə
Qeyri-cərrahi yolla artıq çəkidən azad olmaq metodu olan - Mədədaxili balon bədən kütlə indeksi 27 və üzərində olan, 10 ilə 30 kilo aralığında kilo verməsi lazım olan insanlar üçün istifadə olunan bir üsuldur. Mədə balonu 18-70 yaş arası uyğun olan hər kəsə yerləşdirilə bilər. Mədə balonu endoskopun yardımı ilə 10-15 dəqiqə ərzində qoyulur. Mədə balonu qoyulduqdan sonra aktiv həyata və işinizə davam edə bilərsiniz. Mədə balonu 6 aydan sonra çıxarılır.
Mədə balonu kim üçün istifadə olunmalıdır?
- 18 və 70 yaş arası uyğun olan insanlar
- 27+ bədən kütlə indeksi olanlar
- Mədə əməliyyatı prosedurlarını istəməyənlər və ya qısa müddətdə müəyyən bir kilo vermək istəyənlər üçün arıqlama üsulu kimi istifadə edilə bilər
Kimlərə Mədə Balonu olmaz?
- Ağız və boğaz nahiyəsində dar anatomiya
- Keçirilmiş mədə cərrahiyyəsi
- Mədədə kütlə
- Böyük özofagus yırtığı (>4 sm)
- Axalaziya
- Hədsiz alkoqol qəbul edənlər
- Anemiya
- Stabil olmayan Tiroid xəstəliyi
- Qaraciyər sirrozu
- Hamiləlik və südvermə
- Anamnezdə müalicə olunmamış koronar arteriya xəstəliyi və ya dekompensasiya olunmuş ürək çatışmazlığı olanlar
Mədə balonu yerləşdirməzdən öncə uyğunluq testindən keçmək məqsədi ilə həkimlə məsləhətləşmək vacibdir.

