Hematologiya

Hematologiya bölməmiz hematoloji poliklinika, stasionar xəstə şöbəsi, aferez bölməsi və qan bankından ibarət olmaqla, kompleks və ixtisaslaşmış tibbi xidmətlər təqdim edir. Bölmə beynəlxalq standartlara uyğun olaraq xəstə baxımı, təhlükəsizlik və komfort prinsipləri əsasında dizayn edilmiş, müasir tibbi texnologiyalarla tam təchiz olunmuşdur.

Hematoloji poliklinika bölməsində xəstələrin klinik simptomları ətraflı qiymətləndirilir, diaqnostik nəticələr əsasında fərdi müalicə protokolları hazırlanır və dinamik müşahidə aparılır. Xüsusi yüksək filtrasiya sistemləri ilə təchiz edilmiş stasionar şöbə infeksion risklərin minimuma endirilməsi məqsədilə təşkil olunmuşdur və uzunmüddətli müalicə tələb edən xəstələr üçün təhlükəsiz mühit təmin edir.

Xidmətlər və müalicə

Yeni xidmət və avadanlıq

  • Qonaq: pediatr-hematoloq Dr. Kamilə Paşayeva (18 yaşa qədər uşaqlar): Pediatrik və hematoloji konsultasiya, Qan azlığı (anemiya) diaqnostikası və müalicəsi, Dəmir, ferritin, B12 və digər vitamin çatışmazlıqlarının qiymətləndirilməsi, Tez yorulma və s
  • Dr. Orxan Hümbətovun müalicə etdiyi xəstəliklər: Anemiyalar - irsi və qazanılmış, Trombositopeniyalar, Laxtalanma pozğunluqları, Kəskin leykozlar (limfoblast və mieloblast), Xroniki leykozlar (limfoid və miyeloid), Limfomalar (Hodgkin və Non-Hodgkin)
  • Plazmaferez – xüsusi apparatın köməyi ilə qanın zərərli maddələrdən təmizlənməsi
  • “Regional hematologiya simpoziumu” (Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi ilə)

Bölmədən yeniliklər

Bütün xəbərlər

Bölmənin həkimləri

Digər bölmələr

Hamısı

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.