İnvaziv kardiologiya
İnvaziv Kardiologiya bölməmiz ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi üçün müasir, minimal invaziv və təhlükəsiz metodlar təqdim edir. Biz xəstələrimizə yüksək dəqiqlikli müayinə və fərdi müalicə planları ilə xidmət göstəririk.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Uzm.Dr. Tural Məmmədzadənin müalicə etdiyi xəstəliklər: Ürəyin işemik xəstəlikləri, Aritmiyalar, Ürək çatışmazlığı, Ürək qüsurları, Ürək qapaq xəstəlikləri, Koronar arterya xəstəlikləri
- Dr. Emil Əminovun prosedur və əməliyyatları: Ürəyin işemik xəstəliyi, Koronaroqrafiya, Koronar stent implantasiyası, Qapaq və aorta xəstəlikləri, TAVI əməliyyatı, TEVAR əməliyyatı
- Xidmətlər: koronar angioqrafiya, stent implantasiyası, ürək və damar müayinələri, təcili invaziv müdaxilələr, ayaq damarlarının diaqnostika və müalicəsi
- Perkutan koronar müdaxilə (PKM) – angioqrafiya və stent implantasiyası
- Aritmologiya şöbəsi (Dr. Günay Rəhimova – aritmologiya şöbəsinin həkimi)
- Dərman ifraz etməyən və dərman ifraz edən stentlərin taxılması icbari tibbi sığorta ilə
- Koronar angioqrafiya müayinəsi İcbari Tibbi Sığorta ilə (göndəriş əsasında)
- Ritm pozğunluğunda radiofrekans ablasiya proseduru İcbari Tibbi Sığorta çərçivəsində, göndəriş əsasında
Xidmətlərimizə daxildir
- Koronaroqrafiya və koronar stent implantasiyası
- Qapaq və aorta xəstəliklərinin minimal invaziv müalicəsi (TAVI, TEVAR, EVAR)
- İşemik insult və beyindaxili qanamaların endovaskulyar müalicəsi
- Periferik damar xəstəliklərinin stentlənməsi və ballon angioplastikası
- Böyrək arteriyaları və mezenterial damarların diaqnostikası və müalicəsi
- Mexaniki sarılıq və öd yollarının stentlənməsi
- Uşaqlıq arteriyalarının embolizasiyası və digər endovaskulyar prosedurlar
Bizim yanaşmamız
- Hər xəstəyə fərdi tibbi yanaşma
- Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə
- Minimal invaziv üsullarla təhlükəsiz və sürətli bərpa













