Oftalmologiya
Oftalmologiya bölməmiz göz sağlamlığının qorunması, görmə problemlərinin diaqnostikası və müalicəsi üzrə müasir tibbi xidmətlər təqdim edir. Biz xəstələrimizə yüksək dəqiqlikli müayinə və fərdi müalicə planları ilə xidmət göstəririk.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Oftalmoloq-cərrah Dr. Taryel Rüstəmov: Standart və fəsadlı kataraktalarda, Fako və SİCS üsulu ilə katarakta cərrahiyyəsi, Göz dibi – PPV, Refraktiv cərrahiyyə: PRK, NO TOUCH, LASIK və FemtoLASIK, Korneal krosslinkinq, Pterigium əməliyyatı
- FS200 Femtosaniyə + EX-500 Excimer Lazer texnologiyası ilə görmə qüsurlarının lazer korreksiyası
- Miyopiya, hipermetropiya və astiqmatizmin korreksiyası üçün prosedurlar: LASIK, Femto-LASIK, PRK, TransPRK, PTK
- Əməliyyatdan əvvəl ətraflı müayinə aparılır və uyğun üsul gözün fərdi xüsusiyyətlərinə əsasən müəyyən edilir
- Tam oftalmoloji müayinə: refraktometriya və keratometriya, tonometriya, biomikroskopik müayinə, lensmetriya
- Uzm.Dr. Fuad Hidayətovun müalicə etdiyi xəstəliklər: Miyopiya, hipermetropiya və astiqmatizm, Göz tənbəlliyi, Katarakta (mirvari suyu), Qlaukoma (qara su), Çəplik (Strabismus), Göz kanalının tıxanıqlığı və buna bağlı sulanma (lakrimal stenoz)
- Katarakta əməliyyatı zamanı ağıllı linza (multifokal və torik göz daxili linza) yerləşdirilir
- Ağıllı göz içi linzalar: monofokal (təkfokuslu), bifokal (ikifokuslu) və trifokal (üçfokuslu)
Xidmətlərimizə daxildir
- Görmə problemlərinin diaqnostikası (uzaq və yaxına görmə, astiqmatizm)
- Katarakta, qlaukoma və digər göz xəstəliklərinin müalicəsi
- Retina və kornea xəstəliklərinin müayinəsi və müalicəsi
- Göz travmaları və infeksion xəstəliklərin diaqnostikası
- Minimal invaziv və cərrahi oftalmoloji müdaxilələr
- Kontakt linza və göz sağlamlığı üzrə konsultasiya
Bizim yanaşmamız
- Hər xəstəyə fərdi tibbi yanaşma
- Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə
- Xəstənin görmə qabiliyyətini və həyat keyfiyyətini prioritet edən yanaşma







