Gəncədə ilk müayinələrimiz uğurla baş tutdu
Gəncədə İlk Müayinələrimiz Uğurla Baş Tutdu!
Əziz Gəncəlilər və ətraf rayonların sakinləri!
Gəncə şəhərində ilk oftalmoloji müayinələrimizi həyata keçirdik. Bizə göstərdiyiniz böyük maraq və etimada görə hər birinizə təşəkkür edirik!
Sizə daha bir xoş xəbərimiz var!
Növbəti gəlişimizdə yalnız göz müayinələri ilə kifayətlənməyəcəyik, eyni zamanda Excimer lazer əməliyyatlarını da həyata keçirəcəyik!
Femto-LASIK
No Touch laser
PRK
Artıq eynək və kontakt linzalardan azad olmaq üçün Bakıya gəlməyinizə ehtiyac qalmayacaq!
Məqsədimiz müasir oftalmoloji xidmətləri sizə daha yaxın və əlçatan etməkdir.
Növbəti müayinə və əməliyyat tarixləri barədə tezliklə məlumat verəcəyik.
Gəncədə görüşənədək!

