Laboratoriya

28.11.2017Sağlamlıq məqalələri

Aparılan tədqiqatlara əsasən çəkiyə nəzarət (arıqlama/kökəlmə) zamanı

Aparılan tədqiqatlara əsasən çəkiyə nəzarət (arıqlama/kökəlmə) zamanı qarşılaşılan ən əsas problemlərdən birinin qida həssaslığı olduğu məlum olmuşdur.

Qida həssaslığı (food intolerance) qida allergiyası hesab edilsə də, ondan fərqlənir. Belə ki, allergiya hər hansı bir qida maddəsinə qarşı bədənin qısa müddət çərçivəsində reaksiya verməsidir. Ancaq qida həssaslığı qidanın qəbulundan günlər və hətta həftələr sonra özünü göstərir. Orqanizm tərəfindən reaksiyanın gec verilməsi hansı qidaya qarşı həssaslığın müəyyənləşdirilməsini çətinləşdirir.

Ənənəvi üsulla insanın həssas olduğu qida maddəsini təyin etmək üçün bir-bir analiz edilir. Bununla yanaşı, insanda birdən çox qidaya qarşı həssaslıq olarsa, analiz nəticələrinin doğru təyin edilməsi mümkünsüzləşir. Ənənəvi analiz üsullarından fərqli olaraq “Food test” vasitəsilə 200-dən artıq qida maddəsinə qarşı həssaslığı sadə qan analizi vasitəsilə qısa müddətdə müəyyən etmək mümkündür. “Food test” bütün dünyada qida həssaslığının müəyyən edilməsi üçün qızıl standard hesab edilir.

Qida həssaslığı həyati təhlükə daşımasa da, insanın həyat keyfiyyətinə xüsusilə metabolizmə (maddələr mübadiləsi) aşağıda qeyd olunan mənfi təsirləri göstərir:

Maddələr mübadiləsinin zəifləməsi (az kalorili bir qidalanma proqramı tətbiq edilsə də çəkinin azalmaması və ya nəzərdə tutulandan daha az arıqlamaq)

Ödem (bədəndə normadan artıq maye toplanması)

Qida həssaslığı nəticəsində beyində seratonin hormonunun səviyyəsi azalması və iştahaya nəzarətin çətinləşməsi

Qəbizlik, köp, şişkinlik.

Həzm pozğunluqları.

Çəki problemləri yaşayan pasiyent diyetoloqa müraciət etdiyində onun üçün fərdi qidalanma proqramı hazırlanır. Bu fərdi qidalanma proqramının uyğun şəkildə hazırlanması üçün diyetoloq tərəfindən “food test” tövsiyə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.