RadiologiyaRadiologiya

04.12.2017Sağlamlıq məqalələri

Spinal stenoz onurğa kanalının ölçülərinin daralmasıdır

Spinal stenoz onurğa kanalının ölçülərinin daralmasıdır.

Əsasən onurğa sütununun bel və boyun şöbələrində rast gəlinir. Yaş artdıcaq rast gəlinmə tezliyi artır. 50 yaşdan yuxarı daha çox rast gəlinir.

Səbəbləri

  • Osteoartrit
  • Disk yırtığı
  • Travma
  • Onurğanın onkoloji xəstəlikləri
  • Pedcet xəstəliyi

Xəstəliyin əlamətləri aşağıda qeyd olunanlardır

  • Beldən başlayaraq aşağı ətraflara vuran ağrı və keyimə
  • Yeriş və duruşun pozulması
  • Sidik və nəcis ifrazının kontrolsuz olması

Xəstəliyin diaqnozu klinik, KT və MRT müayinələri əsasında qoyulur.

Müalicəsi

  • Medikamentoz (kortikosteroid infeksiyaları, ağrıkəsicilərin, miorelanksantların təyini)
  • Müxtəlif idman hərəkətləri
  • Fizioterapiya
  • Cərrahiyyə

Cərrahi müalicə onurğa kanalının genişləndirmək və onurğa sütununun stabilləşdirilməsi üçün edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.