Kardiologiya

21.12.2017Sağlamlıq məqalələri

Astma irsi və ətraf mühitin təsiri ilə yaranan xəstəlikdir

Astma irsi və ətraf mühitin təsiri ilə yaranan xəstəlikdir. Astma deyəndə ağıla öskürək, xırıltılı tənəffüs yada düşür. Astma xəstəliyi ilə bağlı doğru bilinən yanlışlar vardır

Yanlış: Astma dərmanları bağlılıq yaradır və ağciyərlərə xəsarət yetirir.

Doğru: Astma dərmanlarının bağlılıq yaradacaq təsiri yoxdur. Atma xroniki xəstəlik olduğu üçün dərmanların uzun müddətli istifadə ediləcəkdir. Dərmanların dozası həkimin göstərişi ilə dəyişdirilə bilər

Yanlış: Astma üçün peyvənd vardır

Doğru: Astmanın deyil, allergiya üçün peyvənd vardır. Allergiya peyvəndləri ancaq müəyyən yaş qruplarına daxil olan və çox az allergenə qarşı edilən peyvəndlərdir. Peyvənd edilməsi Allerqoloq tərəfindən təyin edilir.

Yanlış: Astmalı insanlar idmanla məşğul ola bilməzlər.

Doğru: Nəzarət edilən astma insanda hər hansı əlamətlərini büruzə verməz. Ona görə də idman edilməsi ilə bağlı hər hansı qadağalar qoyulmur. Ancaq idmanla özünü büruzə verən astma qruplarında xəstə həkim razılığı ilə dərmalarını istifadə edərək idman etməlidir (Məs: Marafon üzrə qaçışa başlamazdan əvvəl astmalı idmançının dərmanlarını qəbul etməsi vacibdir)

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.