Kardiologiya

22.12.2017Sağlamlıq məqalələri

İnsan orqanizminin ehtiyac duyduğu oksigeni və qidanı daşıyan qan

İnsan orqanizminin ehtiyac duyduğu oksigeni və qidanı daşıyan qan ürək vasitəsiylə bütün bədənə yayılır və toxumalara çatır. Ürək çatışmazlığı zamanı ürək bədənə ehtiyac olan qədər qan ötürə bilmir. Müalicəsi vacib olan xəstəliklərdən biridir. Belə ki, qan dövranının azalması ilə ürəyin sıxılıb açılması azalır. Nəticə də qanın dövran etməsi daha da azalır. Bu problem başqa xəstəliklərə də səbəb olur. Qan dövranı zəifləyir, ürək əzələsi zəifləyir, qol, ayaq və ağciyər kimi orqanlarda maye toplanması artar.

Ürək çatışmazlığı ürəyə təsir edən bir çox xəstəliyə bağlı olaraq ortaya çıxır. Ürək əzələsində özünü göstərən xəstəliklər, ürək-damar xəstəlikləri, təzyiqin yüksək olması (hipertenziya), ürəyin qapaqlarında problem olması, spirtli içkidən istifadə ürək çatışmazlığına səbəb ola bilər.

Əlamətləri

  • Sinə nahiyəsində ağrı
  • Halsızlıq, yorğunluq, tez yorulmaq
  • Ayaq oynaqlarında şişkinlik
  • İştahanın azalması
  • Tez-tez sidiyə çıxmaq
  • Ürək ritminin pozulması və tez-tez döyünməsi
  • Ağciyərdə qan toplanması

Xəstəliyin diaqnozu fiziki müayinə, EKQ, analizlər, döş qəfəsi rentgeni ilə təyin edilir.

Müalicəsi konservativ və cərrahi üsulla aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.