Banan dünyada alma və portağaldan sonra ən çox yeyilən meyvədir
Banan dünyada alma və portağaldan sonra ən çox yeyilən meyvədir. Banan çox miqdarda kalori, zülal, sodium, potasium, maqnezium, A, E, K, C və B vitamin kompleksi ilə zəngindir.
Aparılmış bir çox tədqiqata görə banan qan təzyiqini normallaşdırır, infarkt riskini 40 % azaldır. Tərkibindəki potasium böyrəkdə daşların yaranmasının qarşısını alır, sümükləri möhkəmləndirir, həzm sisteminə öz müsbət təsirini göstərir.
Bananın özü qədər qabığı da insan üçün xeyirlidir. Ağcaqanad dişləyən nahiyəyə banan qabığının qoyulması ilə yaranın şişməsinin və qaşınmasının qarşısını almaq mümkündür.
Mədə xorasına qarşı mübarizədə müsbət təsirləri vardır. Bundan əlavə, banan mədə turşuluğunun artmasının qarşısını alır.

