İnsan üçün faydaları çox olan qidalar arasın qoz özünəməxsus yer tutur
İnsan üçün faydaları çox olan qidalar arasın qoz özünəməxsus yer tutur. Mütəmadi olaraq qoz yemək sağlamlığa çox xeyirlidir.
Qoz, fındıq, badam, yer fıstığı, küncüd və s. yağla zəngin qidalardır. Onların içərisində yağlılıq dərəcəsinə görə qoz birinci yer tutur. Qozun 2/3-ni yağ təşkil edir. Qozun tərkibindəki yağ sağlamlığa həddindən artıq faydalı olan doymamış yağ turşularından ibarətdir. 100 qr. qozda 15 qr. protein və 3 qr. şəkər vardır. 100 qr. qozdaki kalori dəyəri 654-dür, yəni bir insanın günlük enerji ehtiyacının 1/3-ni təşkil edir.
Qoz xərçəngə səbəb olan faktorların qarşısını alır, dərinin elastikliyini qoruyub saxlamasına səbəb olur, saçların sağlamlığına müsbət təsir edir.
Qozun tərkibindəki linoleik, alfa linoleik, vitamin E və B6 sinir sisteminə müsbət təsir edir. Qoz stress və yuxusuzluğa qarşı mübarizədə faydalı qidadır.
Qoz ürək-damar xəstəliklərinin qarşısını alır. İnsan bədəni özü Omeqa yağını yaratmır. Qozun tərkibində isə Omeqa 3 yağı vardır və gündəlik 4-5 qoz bədənin ehtiyacı olan Omeqa 3 yağının 85%-ini, dəmirin 20%-ini təmin edir, qanda xolesterin səviyyəsini normallaşdırır.

