Bədəndə hərəkətin nəzarəti üçün əsas rol oynayan dopamin adlı kimyəvi
Bədəndə hərəkətin nəzarəti üçün əsas rol oynayan dopamin adlı kimyəvi maddədir. Bu maddənin yarandığı yer orta beyindəki “substansiya nigra” adlanan nahiyədədir. Dopamin yaradan hüceyrələr məhv olmağa başladıqca Parkinson xəstəliyinin əlamətləri özünü büruzə verməyə başlayar. Parkinson xəstəliyinin əlamətləri həyat keyfiyyətinə təsir edir. Parkinson xəstəliyinə tutulma ehtimalı əsasən yaş artdıqca çoxalır. Ona görə də yaş artdıqca parkinson xəstəliyi kəskinləşir.
Parkinson xəstəliyinin əlamətləri aşağıdakılardır
- Hərəkətlərin yavaşlaması
- İstirahət halında qol və ayaqların titrəməsi
- Əzələlərdə sərtlik
- Postural (dayaq-duruş) refleksdə azalma
Bu əlamətlərin ən vacibi hərəkətlərin yavaşlamasıdır. Buna bağlı olaraq xəstənin yeriməsində zəifləmə nəzərə çarpır. Xəstəlik bir tərəflə başlayır, illər keçdikcə digər tərəfə də yayıla bilər. Titrəmə əsasən xəstə istirahət vəziyyətin olan zaman başlayır, daha çox əllərdə, daha az isə ayaq və çənədə özünü göstərir.
Çox vacib əlamət olmasına baxmayaraq parkinson xəstələrin hamısında özünü büruzə verməyə bilər. Xəstəliyin diaqnozu nevroloji müayinə ilə qoyulur. Doğru diaqnoz qoyulduğu və vaxtında müalicə edilən xəstələrdə müsbət nəticə verir.
Müalicə dərman, cərrahi üsulla edilir. Dərman müalicəsi əsasən əskik olan dopaminin tamamlanmasıdır. Cərrahi müdaxilə müəyyən parkinson xəstələrində müalicə üsulu olaraq seçilir.

