Endokrinologiya

07.03.2017Sağlamlıq məqalələri

Tiroid vəzi boğazda, Adəmin alması deyilən qığırdağın altında yerləşir

Tiroid vəzi boğazda, Adəmin alması deyilən qığırdağın altında yerləşir. Tiroid vəzi bədənin enerjini istifadə etməsini və enerji toplamasını tənzimləyən tirodotironin (T3) və tiroksin (T4) deyilən 2 hormon ifraz edir.

Tiroid vəzinin çox az hormonunun ifraz etməsinə hipotiroidizm deyilir. Hipotiroidizm ən çox rastlanılan tiroid xəstəliyidir. Qadınlarda daha çox rast gəlinir, yaş artdıqca olma ehtimalı da artır və genetik faktorlara əsaslanır.

Əlamətləri

  • Yorğunluq
  • Halsızliq
  • Çox üşümə hissiyatı
  • Kökəlmə
  • Dəri və saçda quruluq
  • Qəbzlik
  • Ay başı pozğunluğu

Bu əlamətlər birbaşa hipotiroidizmə bağlı deyil. Hiportiroidizmi olan bir çox insanda bu əlamətlərin hamısı olmaya bilər. Qan analizi vasitəsilə xəstəlik müəyyən oluna bilər.

Yetkin insanlarda hiportiroidizmin ən əsas səbəbi Haşimoto tiroiditidir. Bu xəstəlikdə immun sistemi tiroid vəzini tanımır və ona qarşı antitellər sintez edərək yetəri qədər homon ifrazının qarşısını alır. Hiportiroidizm əlavə olaraq başqa tiroid xəstəliklərinin müalicəsində istifadə olunan radioaktiv yod müalicəsi və əməliyyatdan sonra özünü büruzə verə bilər. Hipotiroidizm doğuşdan tiroid vəzinin inkişaf etməməsinə bağlı ola bilər.

Hipotiroidizm təyin olunmuş dərmanlarla müalicə edilir. İstifadə olunan dərman levotiroksindir. T4 hormonunun əvəzləyicisidir. TSH testinin nəticəsinə uyğun olaraq dərman dozası müəyyən olunur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.