Kardiologiya

19.07.2017Sağlamlıq məqalələri

Bradikardiya yunan dilində “yavaş döyünən ürək” deməkdir

Bradikardiya yunan dilində “yavaş döyünən ürək” deməkdir. Nəbzin dəqiqədə 60-dan aşağı olduğu zaman bradikardiya olaraq dəyərləndirilir. Orqanizmə və yaşa uyğun olaraq bu say dəyişə bilər.

Bradikardiyanın əlamətləri nəbz 40-dan aşağı düşdükdə ciddi şəkildə özünü büruzə verir, hətta həyati təhlükə yarana bilər.

Bradikardiyanın əlamətləri aşağıdakılardır

  • Halsızlıq
  • Baş dönməsi
  • Nəfəs çatışmazlığı
  • Sinə nahiyəsində yüngül ağrı
  • Əzələdə spazm
  • Soyuq tərləmə

Bradikardiyanın yaranmasına yaşlılıq, genetik problemlər, ürək tutması,ürəkdən çıxan arteriyalarda tıxanıqlıq, hipotiroidizm, iltihablı xəstəliklər səbəb olur.

Ciddi əlamətlərlə özünü büruzə verən brakardiyanın müalicəsində kardiostimulyatordan istifadə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.